- Onlar yaralıları güllələyirlər, BTR-lər isə meyitlərin üstüylə irəliləyirdi.
- Çoxları heç qaçıb meşəyə də çata bilmədi.
- Heç macal tapıb əynimizə qalın paltar geyinə bilmədik, elə o cür çaya tərəf qaçmağa başladıq, çayın dayaz yerindən keçib dizə qədər su içində meşəyə üz tutduq.
- 366-cı alayın zabitlərinin çoxu, praporşiklərin demək olar ki, hamısı, əsgərlərin bir hissəsi ermənilər idi.
- Əli silah tutan, demək olar ki, bütün kişilər düşmənin birinci, ən dəhşətli həmləsini dəf etməyə çalışdı.
- Kiminsə bizim taleyimiz haqda fikirləşdiyi, bizim taleyimizin kimisə narahat edib-etmədiyi aydın deyildi.
- Quldurlar heç kəsə rəhm etmirdilər - qocaları, qadınları və uşaqları öldürürdülər.
- Bu vəhşilik unudulan və yaddan çıxan deyil.